KefElə layihəsi

KefElə ticarət və iaşə məkanlarını, habelə onların məhsul və xidmətlərini, marketinq və satış kampaniyalarını vahid rəqəmsal platforma üzərindən idarə olunmasına imkan verən loyallıq və sosial bağlılıq platformasıdır.

Missiyamız

Bizneslərlə müştərilər arasında daha güclü və davamlı loyallıq əlaqələri yaratmaq, loyallıq proqramlarını və kampaniyalarını hər kəs üçün daha sadə, əlçatan və faydalı etmək.

Vizyonumuz

Loyallıq təcrübəsini rəqəmsallaşdıraraq insanların sevdikləri bizneslərdən daha çox dəyər qazandığı, bizneslərin isə müştəriləri ilə uzunmüddətli və etibarlı münasibətlər qurduğu aparıcı platformaya çevrilmək.

Kimlər üçün?

  • Kiçik və orta biznes subyektləri
  • Kafe, restoranlar, suşi restoranları, kitab evləri, salon, geyim mağazaları, parfümeriya mağazaları və digər sahələr
  • Çox filiallı şəbəkələr
  • Son istifadəçilər (müştəri tətbiqi)

Layihənin məqsədi

KefElə maddi daşıyıcıda olan loyallıq kartlarını rəqəmsal formada təqdim edir. Tətbiq istifadəçiləri kofeşoplar, restoranlar, gül salonları, kitabxanalar, geyim mağazaları, parfümeriya mağazaları və digər kiçik və orta ticarət və ictimai iaşə obyektlərinin xidmətlərindən daha rahat, münasib və əyləncəli şəkildə istifadə edir, onların təklif etdiyi stimullaşdırıcı kampaniyalara qoşulurlar.

Biznes subyektləri KefEləB2C ilə satışlarını, marketinq və satış kampaniyalarını, eyni zamanda müştərilərini rəqəmsal platformada həm izləyir, həm də idarə edir.