KefElə istifadəçilər üçün necə faydalıdır?

KefElə tətbiqi ilə partnyor biznes subyektlərində sifariş ver, ödəniş et, möhürlər topla, mükafat, məhsul, endirim, hədiyyə və ya sərfəli təkliflərdən yararlan. Bütün rəqəmsal loyallıq kartların, sevimli məkanların və dostların bir tətbiqdə.

Bütün kartların bir yerdə

Bütün ticarət və xidmət məkanlarının loyallıq kartlarını tək tətbiqdə saxla — maddi daşıyıcıda olan loyallıq kartları daşımağa ehtiyac qalmır.

Qəbzi skan et, möhür qazan

Hər alışdan sonra qəbzin QR kodunu skan et, möhürün avtomatik artır.

Mükafatını izlə və təhvil al

Kartın dolanda mükafatını görürsən və mağazada asanlıqla təhvil alırsan.

Doğum günlərində sənə özəl xüsusi kampaniyalar

Doğum gününü düzgün qeyd et, sürpriz dolu kampaniyalara qoşul.

Ticarət və xidmət məkanlarına daha yaxın

Ətrafındakı kafe, restoran, kitab evi, kofeşop, gül salonu, kitabxana, geyim və parfümeriya mağazası kimi ticarət və xidmət məkanlarını xəritədə tap, yeni yerlər kəşf et.

QR menyu, sifariş və rezervasiya

Restoranlarda QR menyudan sifariş ver, masa sifariş et — hamısı bir tətbiqdə.

Kef məclisi qur

Profilindəki düymə ilə məclis qur. Üzərindəki «i» izah edir: məqsəd müsbət mənada kef eləməkdir. Dəvət etdiyin dost öz dostunu da dəvət edə bilər; o, dəvəti qəbul edə, imtina edə, menyu seçə və ya münasibət yaza bilər. Təsdiqdən sonra da menyu dəyişir, uyğun olmayan tarix və saat üçün yeni vaxt təklif etmək olar.